General Baqeri: İsrailin məhvi İran və İranlılar adına yazılmış
İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Baqeri Hüseyn Salamiyə göndərdiyi məktubda İslam Respublikasının “İsraili məhv etmək” planını vurğuladı və dedi. “İsraili məhv etmək” xəyal və əfsanə deyil.
Baqeri, 16 Mart Çərşənbə axşamı pasdar Günü münasibətilə yazdığı məktubda Sionist rejimin bölgənin siyasi coğrafiyasından məhv edilmə qabiliyyətinin inqilabın ikinci evrəsinə girmədən əvvəl təmin edildiyini bildirdi.
Daha sonra o, bu ölkənin “məhv edilməsinin” “İran və iranlıların adına yazılmış olan” bir “gərçək” olduğunu söylədi.
İslam İnqilabı Keşikçiləri Korpusu komandirlərinin İsrailə qarşı şifahi təhdidləri son günlər artıb.
12 Mart Cümə günü İnqilab Keşikçiləri Qüds Gücü komandiri İsmayıl Qaani Məşhəddəki Bəsiclə görüşündə İsrail ətrafındakı divarları dağıtacağını söylədi.
Keçən həftə İran İslam Respublikasının Müdafiə naziri Əmir Hatəmi, Hayfa və Tel-Əvivi məhv etmək planının hazır olduğunu açıqladı və Tel-Əviv və Hayfanı yerlə yeksan etmək Baş Qüvvələrin komandanlığının əmri olduğunu, bir plan halına gəldiyini və bu əmrin tək bir işarə ilə həyata keçiriləcəyini söylədi.
Bu şifahi təhdidlər İsrailin Suriyada başda olmaqla İslam Respublikası qüvvələrinə hücumlarını davam etdirməsi ilə yanaşı ortaya çıxdı.
11 Mart 2021 Cümə axşamı, ABŞ-da yayımlanan Wall Street Journal, İsrailin 2019-cu ildən bəri Suriyaya İran nefti və silahı daşıyan 12-dən çox gəmini hədəf aldığını bildirdi.
iranwire