İran Amerikanı vaksinlərin alınmasında maneələr yaratmaqda ittiham edib
İran prezidenti Həsən Ruhani ABŞ-ı Tehrana koronavirusa qarşı peyvəndlərin alınmasında maneələr yaratmasına görə tənqid edib.
“Report” xəbər verir ki, bu barədə İRNA agentliyi bildirib.
“ABŞ bizə vaksinlər, dərmanlar və ərzaq, həmçinin xaricdən almaq istədiyimiz başqa malların idxalında problemlər yaradır”, – o bildirib.
Ruhani həmçinin əlavə edib ki, “amerikalılar Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) qorxudub”.
“Sizə necə etibar etmək olar? Siz oğurluqla məşhur olursunuz”, – o qeyd edib.
Ruhani vurğulayıb ki, İran koronavirusa qarşı öz vaksinini yaratmağa çalışır. Rəsmi Tehran həmçinin xarici vaksinləri də almaq istərdi.
ABŞ-ın Con Hopkins Universitetinin məlumatına görə, İranda koronavirusa 1 194 963 yoluxma aşkar edilib, 54 574 insan ölüb.
İranın bu iddiaarına rağmən İrandan gələr xəbərlər və İran müxalifətinin əldə etdiyə məlumata görə İran rejimi özü hər hansıı ölkədən vaksen almfaqdan imtina eder ki yaxında öz vaksinini camata sata bilsin.