Ruhollah Zəmin edam olunması məsələsi İranla xarici tərəflər arasındakı görüşdə gündəmə gəldi
İranda həbsdə olan jurnalist Ruhollah Zəminn edam olunması məsələsi iclasda iştirak edən üç Avropa ölkəsi tərəfindən Nüvə Anlaşması üzrə Birgə Komissiyanın iclasında gündəmə gəldi və İslam Respublikasının nümayəndəsi Abbas Əraqçinin təpkisi ilə qarşılandı.
İclas 16 Dekabr çərşənbə günü, İranla yanaşı, Almaniya, Fransa, Çin, İngiltərə və Rusiya Xarici İşlər Nazirliklərinin siyasi müavinləri səviyyəsində video konferans formatda keçirildi.
İslam Respublikasının nümayəndəsi Abbas Əraqçi, üç Avropa ölkəsinin Ruhollah Zəmin edamını qınayan mövqelərinə etiraz edərək dedi: “Üç Avropa hökuməti, görkəmli bir İran nüvə aliminin vəhşicəsinə öldürülməsini qınamaq yerinə, bir cinayətkarın qanuni cəzasını qınadı.”
Əraqçi bu açıqlamasında İranın nüvə və raket proqramının əsas elementlərindən biri olan İslam Respublikasının rəsmi propagandasında “alim” olaraq adlandırılan Möhsün Fəxrizadəyə istinad edir.
Ruhollah Zəmin edamı bundan əvvəl geniş beynəlxalq qınağa səbəb olmuşdu.
Joe Bidenin quracağı hökümətdə ABŞ Milli Təhlükəsizlik Məsləhətçisi namizədi olan Jack Sullivan, Ruhollah Zəmin edamını qınadı və ABŞ-ın müttəfiqləri ilə birlikdə İranda insan haqlarının pozulmasına qarşı duracağını vurğuladı.
Avropa ilə İran arasında 13 Dekabr bazar günü Tehranda keçirilməsi planlaşdırılan iqtisadi görüş, Ruhollah Zəmin edamından sonra ləğv edildi.
Fransa Xarici İşlər Nazirliyi, Fransa səfirinin Almaniya, Avstriya və İtaliyanın səfirləri ilə birlikdə iclasa qatılmayacağını açıqladı.
Görüşlərdən birində aparıcı olacaq Guardian qəzetinin redaktorlarından biri Zəmin edamını iyrənc adlandırdı və Avropa-İran iqtisadi zirvəsinə qatılmayacağını bildirdi.
Həsən Ruhani hökuməti və Xarici İşlər Nazirliyi, “məhkəmə hakimiyyətinin müstəqilliyi” iddiası ilə Ruhollah Zəmin edamını müdafiə etdi.