Bağçabanın xatirəsinə İlk uşaq bağçası və ilk karlar məktəbinin banısı
25 oktyabr böyük Azərbaycan müəllimi, ziyalısı, ilk uşaq bağçası və ilk karlar məktəbinin banisi, eyni zamanda İranda uşaq kitablarının ilk müəllifi və nəşri ilə məşğul olan Cabbar Bağçabanın vəfatının ildönümüdür …
Mirzə Cabbar Əsgərzadə 1875-ci il mayın 10-da bu günki Ermənistanın paytaxtı İrevanda anadan olub. Atası Təbrizli Əsgər bənna İrəvana mühacirət etmiş. İrəvanda memarlıq və şirniyyatçılıq peşəsilə məşğul olmuşur. Bağçaban köhnə üsulla məscidlərdə təhsil almış,15 yaşında olarkən iqtisadi çətinliklər üzündən məktəbdən çıxmaq və atasının peşəsinə üz tutmaq məcburiyyətində qalmışdır. O, gənc yaşlarında olardən evdə gizli şəkildə qızlara dərs öyrədirdi və Qafqaz qəzetlərinin müxbirlərindən biri olaraq Mollansərəddinin yumoristik qəzetinin satirik yazıçı və şairlərindən biri idi.
1922-ci ildə Ierevandakı “Ləklək” jurnalının redaktoru olmuş. Azərbaycanlı yerli və müsəlman mühacirlərin təqib və qovulması, aclıq, xəstəlik və yerli münaqişər zaman, habelə valideynlərinin ölümündən sonra 1920-ci ildə vətəninə yola düşdü. Nəhayət, o dövrdə tez-tez rast gəlinən bəzi ölüdürücü xəstəliklərin pəncəsindən qurtularaq ayaq barmaqlarını itirdikdən sonra ölümdən canını qurtarmaq üçün Mərəndə getmiş. Mərənddəki Əhmədiyyə Xalq məktəbində ayda 90 Rial maaşla müəllim işlələmiş. Yeni tədris metodu sayəsində 1921-ci ildə Təbriz mədəniyyət müdirinin fərmanına əsasən o şəhərə gedərək orada tədrislə məşğul olmuş. 1924-cü ildə o dövrün maarif və mədəniyyət idarəsinin rəisi “Füyuzat”ın əmri ilə Təbrizdə “Uşaq Bağçası” adı ilə ilk İran uşaq bağçasını təşki letmiş və o zamandan etibarən soyadını Əsgərzadədən Bağçabana dəyişmişdir. 1924-cü ildə Təbrizdə ilk oğlan və qız uşaqlarının birgə məktəbini təsis etmiş. Əhali hətta oğullarını təhsil almağa hazır olmadıqları şəraitdə o, bu məktəbi yaratməş. Bağçabanın bu məktəbinin birinci sinif şagirdləri arasında üç lal və kar şagird də var idi. Elə bu məsələ Bağçabanın karlar və lallar üçün bir məktəb yaratması fikrinə səbəb olmuşdur. Bu fikrin ardınca 1926-cı ildə Bağçaban uşqlar bağçasında lallar və karların təlim-tərbiyəsi üçün bir sinif açaraq o üç şagirdə tədris etmişdir.
O, 1933-cünildə Tehrana gələrək karlar və lallar üçün məktəb təsis etmiş O, karlar üçün bir cihaz ixtira etmiş, olnar diş vasitəsi ilə eşitməyə qadir olmuşlar.
O, 1943-cü ildə “ Kar və Lal Uşaqların Müdafiəsi” adlı cəmiyyəti təsis etmişdir.
Bağban şagirdlərini öyrətmək üçün köhnə şiddətli metoddan çox fərqli olan yeni üsullardan istifadə etmiş.
1913-cü ildə çap və stereotipin böyük çətinliklərinə baxmayaraq, öz rəsmləri ilə uşaqlar üçün xüsusi kitablar nəşr etdirməyə başlamışdır.
Kitablarından biri “Qar adamı” adlı “Uşaq və Yeniyetmələrin İntellektual İnkişaf Mərkəzi” tərəfindən nəşr olunmuş və “Dünya Uşaq Kitab Şurası” tərəfindən ən yaxşı uşaq kitabı seçilmişdir.
Bu böyük və görkəmli Azərbaycanlı, 1966-ci il noyabr ayının 25-də qısa bir xəstəlikdən sonra 81 yaşında vəfat etdi.