Yunus Şamili ;Qarabağ munaqişəsi sonlandırıldı
Azərbaycan ərazisində Ərmənistan işqalına qarşı savaş sona çatdırıldı. Son Günlərdə Şuşa şəhrinin işqaldan azad edilməsi, Ərmənistan işqalına qarşı çox ciddi bir dönüş nüktəsi oldu və Qarabağ savaşı tamamilə Azərbaycan qələbəsi ilə sona çatması daha aydınlaşdı. Amma noyambrın 10una geçən gece bu gəlişmənin qarşısın almışdır və Azərbaycan ordusunun canla qanla əldə edən zəfəri dayandırmaq üçün Rus devləti tərəfindən bir təşəbüslə qarşı qarşıya durmuşdur. Həmən gecə Putin, Azərbaycan tərəfin atəşkəs adi altında bir anlaşmaya imza atması məcburiyətində qoymuşdur və savaşı son aşamalarına gəlmişkən və son haftəsin geçirirkən, dayandırmışdır.
Atəşkəs anlaşması Putin`in təşəbüsü ilə Azərbaycan prezedentiliyi və Ərmənistan baş nazirliyinə, yəqin ki təəziqlə, qəbul etdirilmişdir. Atəşkəs bəyanatının yayılan saatından Azərbaycan ictimaiyatında şadlıq gözə çarpsada, siyasi sahədə, böyük bir şaşqınlığa nədən olmuşdur. Rusiyə anlaşma imzalanandan bir neçə saat sonra Rus ordusu Azərbaycana yürütülmüşdür. Elə bir yürütmə ki Rus ordusu Azərbaycana girmək üçün sınırların arxasında gözlürmüş kimi gözə çarpdı. Və bu vasitə ilə Qarabağın ikinci və həqiqətən zəfərli savaşı quyruğunda murdar olunmuş bir hadisə kimi son verildi. Azərbaycan`da şaşğınlıq atəşkəs muqaviləsində qeyd olan bəndlərdən qaynaqlanmaqdadır. Baxmıyaraq ki bu muqavilədə Ərmənistanın bəəzi rayonlardan geri oturması və ya Nəxcivan bir koridorun açılması nəzərə alınmışdır, amma Xankəndi, Xocavən, Xocalı və Ağdərə, Ərmənistanın nəzarəti altında qalması Rus tərəfindən qarantı altına alınmışdır və Azərbaycan süvərənliyi bu muqavilədə özünə zədələnmə formatı vermişdir. Əlbətdə ki savaş sonu, və 30 illik işqal yarası Azərbaycan vətəndaşı olan ərmənilərin güvənliyin qorumaq üçün Birləmiş millətlər tərəfsiz ölkələrdən bir hərbi gücü Qarabağ bölgəsində bulunmaları ön görülməli idi. Bu məqama hər zaman Azərbaycan tərəfi vurqu yapmaqda idi. Amma ansızın adı çəkilən bu muqavilənin imzalanması və apar- topar rus ordusunun Azərbaycan erazisinə yerləşməsin, ginədə rus emperyalizminin 30 ildən bəri Azərbaycandan çəkildiyi ordu bu ölkəyə geri dönməkdədir. Və bu geri dönmənin sonucları əlbətdə ki Azərbaycana hər alanda, ağır sonucları olacaqdır. Azərbaycan rəhbərliyi bu hərbi mudaxiləni, hər bahasına olurduysa Türkiyə`ni Rus`la bərabər huquqlu formada atəşkəs muqaviləsinə daxil etməli idi.
İmza olan anlaşmada, Azərbaycanın 4 şəhəri (Xankəndi, Xocavənd, Xocalı və Ağdərə ) Ərmənistan kontorolu ve Rus qorumasında qalır ve bu şəhərlər laçın koridoru ilə Ərmənistana bağlanır. Bir koridorda Azərbaycan`la Nəxcivan arasında açılır. Umuram ki bu iki koridor bir işqalçi məqsədi ifadə itmirlər və Bu məənada ki Ərmənistan, Azərbaycana ayid Nəxcivana bir koridor açırsa, Azərbaycan`da güya Ərmənistana ayid Qarabağa, Laçın koridoru açmalıdır, deyə düşünməsinlər.
Sonuc bu ki, Qarabaq savaşı bəlkə bir ya iki haftədə dəvam etsəidi, çox az ziyanlarla, Azərbaycanın qazancı ilə sona çatacaq idi. Amma imzalanan atəşkəs anlaşması, bu sonucun doğulmasına ciddi bir əngəl törətdi və Qarabağ savaşının bir qazananı yerinə, üç qazananı oldu. Azərbaycan işqal olan topraqlarının çoxunluğunu geri aldı, Ərmənistan isə, Qarabağda 4 şəhərin kontrol altında saxladı və ən önəmlisi, Rus emperiası ordusunu Azərbaycan Ərazisinə geri gətirdi və bu vasitə ilə Azərbaycanın Azad gəlişməsinə tarixi bir əngəl törətdi.
Ən son və çox ciddi bir məqam da Azərbaycanın süvərənliyi, topraq bütövlüyü, sual və sorqu altındadır. Əcəəba Rus kontrounda olan shəhərlə Azəerbaycanın siyasi coğrafiyası həsab olur yoxsa yox? Bu kimi suallar hələ öz çözümün atəşkəs anlaşmasında bulmamışdırlar.
Amma atəşkəs anlaşmasına rəğmən, Azərbaycanın torpaq bütövlüyünü bərpa etmək üçün imkanlar sona çatmamışdır. Yeni aşamada Azərbaycan xalqı üçün yeni mucadilə yolları açılmalıdır…
20201111