Böyük Britaniya ikinci dəfə karantin elan etməyi nəzərdən keçirir
Britaniyanın Səhiyyə Naziri Met Hankok cümə günü bildirib ki, ölkədə COVID-19-a yoluxma halları artmağa davam etdiyi üçün hökümət ikinci bir ümumilli karantin elan etməyi nəzərdən keçirir.
Nazir bu barədə Britaniyanın şimal-şərqində qapanma tədbirləri qüvvəyə mindiyi vaxt məlumat verib.
Hankok son bir neçə həftə ərzində xəstəliyə yoluxma sayında sürətlənmə olduğunu, eləcə də koronavirus səbəbilə xəstəxanaya yerləşdirilənlərin sayının təxminən hər səkkiz gündə iki qat artdığını söyləyib.
Səhiyyə naziri ümummilli bir qapanmanın “son müdafiə xətti” olduğunu və hökumətin regional qapanmalara üstünlük verəcəyini söyləyib.
Hankok həmçinin ölkə vətəndaşlarını “altı qaydası”na, yəni kütləvi tolantılarda altı nəfərdən artıq insanın bir yerdə olmamasına riayət etməyə, yerli ərazilərindəki qadağala əməl etməyə və testlərinin nəticəsi müsbət çıxarsa təcriddə qalmağa çağırıb.
Johns Hopkins Universitetinin statistikasına əsasən, Böyük Britaniya COVID-19-dan ölüm sayına görə ABŞ, Braziliya, Hindistan və Meksikadan sonra beşinci yerdə gəlir.
Britaniyada bu ay COVID-19-a yoluxmalarda yenidən artım müşahidə olunub. Son bir həftə ərzində ölkə ərazisində hər gün 3000-4000 yeni yoluxma halı qeydə alınıb. Lakin bu rəqəm Fransa ilə müqayisədə azdır. Belə ki, Fransada hər gün orta hesabla 10 min yeni yoluxma halı qeydə alınır.
VOA