Sayınqalada azərbaycanlı milli fəal Cavad Ruhinejad saxlanılıb
Azərbaycanlı fəal Cavad Ruhinejad avqustun 4-də Sayınqala (Şahindej) şəhərinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Qoşaçay (Miyandab) şəhərinin həbsxanasına köçürülüb.
Sayınqala şəhrinin hüquq müdafiəçilərinin bildirdiyinə görə, Cavad Ruhinejad mülki geyimli şəxslər tərəfindən öz iş yerində tutulub və avqustun 4-dən bəri Qoşaçayın həbsxanasında nəzarət altında saxlanılır.
Onun ardınca təhlükəsizlik qüvvələri Cavad Ruhinejadın öz evi, atasının və qayınatasının evində axtarış apararaq ailələrdə vəhşət və qorxu yaradaraq milli fəalın şəxsi əşyalarını, xüsusi ilə kitablarını, kompüterini və telefonunu aparıblar.
Təhlükəsizlik qüvvələri fəalın hansı ittihamla saxlandığı haqda heç bir məlumat verməyib.
Amerikanın Səsinin Sayınqala məhkəməsi tərəfindən Cavadın sərbəst buraxılması üçün 200 milyon tümənlik zəmanət qəbul edilsə də, hələ ki, fəalın müvəqqəti azadlığa buraxılması həyata keçirilmir.
Təbriz Şəhid Mədəni Azərbaycan universitetində ərəb dili və ədəbiyyatı ixtisasından məzun olmuşdur.
Ruhinejad Azərbaycan musiqisi sahəsində də davamlı fəaliyyətləri var, O ə Sayınqalada tələbələrə Azərbaycan tarı dərsləri verir.VOA