تشکیلاتلانما ظفریمیزین قارانتی سی دیر
تورک سیاسی آکتیویست لره چاغیری
تورک میللی حرکاتیندا تشکیلاتلانما ضرورتی
تورک سياسي فعاللارينا چاغريش، تورک ميللي حرکاتيندا تشکيلاتلانما ضرورتي خالقلارا قارشي ايراندا قيرخ ايلليک رئپرئسييالاردان و ايشگنجهلردن و سياسي فعاللارا قارشي اعداملارا علاوه اولاراق بو گون وطنداشلار آراسيندا دار گليرليليک و يوخسوللوغون ياييلماسيندان سونرا ايسلام رئسپوبليکاسي ايندي چوخ جيدي ايقتيصادي بؤحرانلا اوزلشمکدهدير. کوتلوي تحريملر يا سانکسيالارلا آرتان خاريجي تزييق آرتيق رئژيمي چؤکمهيه ياخينلاشديريبدير.
سون اون ايلده ظولم و يوخسوللوقا قارشي اعتيراضلار گئتديکجه داها چوخ آرتيبدير، و ائلجهده گئتديکجه داها چوخ اينسان مجبوري حيجابا اعتيراض ائدير، زحمتکئشلرين امک حاقلارينين تاپتالانماسينا اعتيراضلاري گئت گئده آرتماقدادير. تقاودچولر، موعليم لر و دار گليرليلر آرتيق کوچهلرده رئژيمه قارشي اعتيراضلاريني بيلديريرلر. اسير اولان يا ائتنيک حوقوقلاري تاپتالانان خالقلار و اونلارين مودافيعه چي اولان حرکاتلارين اعتيراضلاريني نوماييش ائتمکدهديرلر. ايران رئژيمينين بين الخالق گوجلر طرفيندن بويکوت ائديلمهسي ايندي اونو يئردن يئره وورماقدا و حتّي اونلارا تسليم ائتمکدهدير. بير سؤزله، رئژيمه قارشي خالق اعتيراضلارينين گئنيش ياييلماسي و ايراندا کونترولدان چيخميش حالدا بير سياسي بؤحران اوچون شراييط ياخينلاشماقدادير.
بئله بير وطنداشلارين قدريني تعيين ائده بيلهجک کريتيک سياسي کونتئکستده، مرکزدهکي و ايراندا سرحدلره ياخين يا اطرافيندا اولان موخاليف قووهلر بو بؤحراني اوغورلا آرادان قالديرماق و ايرانين گلهجک سياسي منظرهسينده داها چوخ پاي قازانماق اوچون اؤزلريني فورمالاشديرماقا سعي گؤستريرلر. مرکز / فارس سياسي پارتيالاري و تشکيلاتلاري حتّي گوجلو اولماسالار دا، اؤز گؤروشلريني سون يوز ايلده ايران جمعيتينين دوزلديلميش ايجتيماعي رايي ايله اويغونلاشديريرلار و بو اوزدن توتاليتار / شوونيست، مرکزچي بير دؤولتين قاييتماسي اوچون تهلوکوي وضعيت هلهده قالماقدادير. فارس اولمايان و ديگر ميلتلره منسوب اولان سياسي حرکاتلار بؤلگهلريني نظارته گؤتورمهيه نيسبتن آز و بعضاً چوخ فرقلي شکيلده حاضيرديرلار. آنجاق تورک بؤلگهلرينده و خوصوصن ده آذربايجاندا (گونئي و ايران داخيليند) تورک خالقينين ميللي طلبلرينه اويغون اهميتلي بير اعتيراض حرکاتي اولسا دا، تشکيلاتلانماباخيميندان هله ايستهلينن سويييه ده دييردير.
بو حسابلامادا اَگر تورک ميللي دئموکراتيک حرکاتينين ايراندا دئموکراتييادا و خالقلارين ايراندا اؤز موقددراتيني تعيين ائتمه حوقوقونون تمين اولونماسيندا رقيبسيز رولونو وورغولاييب علاوه ائتسک، ايرانداکي تورک ايجتيماعي فيکرينين حاضير اولمادان و خوصوصن ده آذربايجاندا و تئهراندا تورک ميللي حرکاتينين تشببوسو اولمادان هر هانسي بير گؤزه گله بيلهجک چئوريليش نه اينکي تورک خالقينا و اونون ميللي حرکاتينا، ائلجهده ايراندا ياشايان ديگر خالقلارا دهشتلي بير ستراتئژي مغلوبيت گتيره بيلر و باشقا بير توتاليتار و مورتجع رئژيم آلتيندا خالقلاري يئنيدن اسارته گؤتوره بيلر.
بيز آذربايجان دئموکراتيک بيرليگي – بيرليک ده ايرانداکي مؤوجود سياسي وضعيتي چوخ حساس کيمي قييمتلنديريريک و خالقيميزين و بوتون تورک فعاللاريني مسئوليت حيسي، آييقليق و سورعتله اورگانيزه اولاراق تشکيلاتلانمايا چاغيريريق. اونا گؤره کي موتشکيل و اورگانيزبير کوللئکتيو ايراده اولمادان تورک خالقينين ميللي ايستکلرينه نايل اولماق مومکون دئييل. تأسوف کي، بعضي تورک / آذربايجاندان اولان فعاللار موستقيلليک فانتازييا و ائکسترئميست شوعارلار پئشينده سورونوب گيريفتار اولدوقلاري اوچون ايرانداکي سياسي پروسئسلردهکي تاثیر دايرهسيندن فاکتيکي اولاراق تجريد اولونموشدورلار. ايندي خالقيميزين باشاريسينا نايل اولماغا چاليشماق اوچون آغير مسئوليت برابرليک و اؤز موقددراتيني تعيين اتمه حوقوقو اوغروندا موباريزهسي، “دئموکراتيک فئدئراليزمي” ان ياخشي و پرينسيپيال ستراتئگييا اولاراق گؤرن تورک يا آذربايجاندان اولافعاللارين اوزرينه دوشور. بونا گؤره ده، بو گون ايراني درين سياسي بؤحرانا سوروکلهين حاضيرکي کريتيک وضعيتده، “دئموکراتيک فئدئراليزمي” خالقيميزين اؤز موقددراتيني تعيينئتمه حوقوقو اوچون رئال و الده ائديله بيلن بير هدف بيلن بوتون تورک / آذربايجاندان اولان فعاللاردان (اؤلکه داخيلينده و خاريجيند)، آذربايجان دئموکراتيک بيرليگي – بيرليکين سيرالارينا قوشولماقلاريني و بونونلا دا خالقيميزين تشکيلاتچيليق پوتئنسياليني گوجلنديرمک و گئنيشلنديرمک ايستهييريک.
تورک میللی دیرنیش حجره لرنین یارادیلماسینا دوغرو
ياشاسين تورک خالقينين ايراندا آمانسيزجا آزادليق اوغروندا موباريزهسي
آذربايجان دئموکراتيک بيرليگي – بيرليک
Türk Milli Hərəkatında Təşkilatlanma zərurəti
Təşkilatlalanma zəfərimizin qarantısıdır
Türk siyasi fəallarına çağrı
Türk siyasi fəallarına çağrış, Türk Milli Hərəkatında Təşkilatlanma zərurəti Xalqlara qarşı İranda qırx illik repressiyalardan və işgəncələrdən və siyasi fəallara qarşı edamlara əlavə olaraq bu gün vətəndaşlar arasında dar gəlirlilik və yoxsulluğun yayılmasından sonra İslam Respublikası indi çox ciddi iqtisadi böhranla üzləşməkdədir. Kütləvi təhrimlər ya sanksiyalarla artan xarici təzyiq artıq rejimi çökməyə yaxınlaşdırıbdı.
Son on ildə zülm və yoxsulluqa qarşı etirazlar getdikcə daha çox artıbdır, və eləcədə getdikcə daha çox insan məcburi hicaba etiraz edir, zəhmətkeşlərin əmək haqlarının taptalanmasına etirazları get gedə artmaqdadır. Təqaüdçülər, müəllimlər və dar gəlirlilər artıq küçələrdə rejimə qarşı etirazlarını bildirirlər. Əsir olan ya etnik hüqüqları taptalanan xalqlar və onların müdafiəçi olan hərəkatları etirazlarını nümayiş etməkdədirlər. İran rejiminin beynəlxalq güclər tərəfindən boykot edilməsi indi onu yerdən yerə vurmaqda və hətta onlara təslim etməkdədir. Bir sözlə, rejimə qarşı xalq etirazlarının geniş yayılması və İranda kontroldan çıxmış halda bir siyasi böhran üçün şərayit yaxınlaşmaqdadır.
Belə bir vətəndaşların qədərini təyin edə biləcək kritik siyasi kontekstdə, mərkəzdəki və İranda sərhədlərə yaxın ya ətrafında olan müxalif qüvvələr bu böhranı uğurla aradan qaldırmaq və İranın gələcək siyasi mənzərəsində daha çox pay qazanmaq üçün özlərini formalaşdırmaqa səy göstərirlər. Mərkəz / Fars siyasi partiyaları və təşkilatları hətta güclü olmasalar da, öz görüşlərini son yüz ildə İran cəmiyyətinin düzəldilmiş ictimai rəyi ilə uyğunlaşdırırlar və bu uzdən totalitar / şovonist, mərkəzçi bir dövlətin qayıtması üçün təhlükəvi vəziyyət hələdə qalmaqdadır. Fars olmayan və digər millətlərə mənsub olan siyasi hərəkatlar bölgələrini nəzarətə götürməyə nisbətən az və bəzən çox fərqli şəkildə hazırdırlar. Ancaq Türk bölgələrində və xüsusən də Azərbaycanda (Güney və İran daxilində) Türk xalqının milli tələblərinə uyğun əhəmiyyətli bir etiraz hərəkatı olsa da, təşkilatlanma baxımından hələ istəlinən səviyyə də dəyirdir.
Bu hesablamada əyər Türk Milli Demokratik Hərəkatının İranda demokratiyada və xalqların İranda öz müqəddəratını təyin etmə hüququnun təmin olunmasında rəqibsiz rolunu vurğulayıb əlavə etsək, İrandakı türk ictimai fikrinin hazır olmadan və xüsusən də Azərbaycanda və Tehranda Türk Milli Hərəkatının təşəbbüsü olmadan hər hansı bir gözə gələ biləcək çevriliş nə inki Türk xalqına və onun milli hərəkatına, eləcədə İranda yaşayan digər xalqlara dəhşətli bir strateji məğlubiyyət gətirə bilər və başqa bir totalitar və mürtəce rejim altında xalqları yenidən əsarətə götürə bilər.
Biz Azərbaycan Demokratik Birliyi – Birlik də İrandakı mövcud siyasi vəziyyəti çox həssas kimi qiymətləndiririk və xalqımızın və bütün türk fəallarını məsuliyyət hissi, ayıqlıq və sürətlə organizə olaraq təşkilatlanmaya çağırırıq. Ona görə ki mütəşəkkil və organizə bir kollektiv iradə olmadan türk xalqının milli istəklərinə nail olmaq mümkün deyil. Təəssüf ki, bəzi türk / Azərbaycandan olan fəallar müstəqillik fantaziya və ekstremist şüarlar peşində sürünüb giriftar olduqları üçün İrandakı siyasi proseslərdəki təəsir dairəsindən faktiki olaraq təcrid olunmuşdurlar. İndi xalqımızın başarısına nail olmağa çalışmaq üçün ağır məsuliyyət bərabərlik və öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəsi, “demokratik federalizmi” ən yaxşı və prinsipial strategiya olaraq görən Türk ya Azərbaycandan ola fəalların üzərinə düşür. Buna görə də, bu gün İranı dərin siyasi böhrana sürükləyən hazırkı kritik vəziyyətdə, “demokratik federalizmi” xalqımızın öz müqəddəratını təyinetmə hüququ üçün real və əldə edilə bilən bir hədəf bilən bütün Türk / Azərbaycan fəallardan (ölkə daxilində və xaricində), Azərbaycan Demokratik Birliyi – Birlikin sıralarına qoşulmaqlarını və bununla da xalqımızın təşkilatçılıq potensialını gücləndirmək və genişləndirmək istəyirik.
Türk milli direniş hücrelerinin yaradılmasına doğru
Yaşasın Türk xalqının İranda amansızca azadlıq uğrunda mubarizəsi
Azərbaycan Demokratik Birliyi – Birlik
2019/09/08