خانه/ ائو

Sıra Söyləşi- 2: Dr. Işıq Sönməzlə "Parlament" Haqqında Söyləşi

Birlik- Media: son zamanlar "Parlament" məsələləsi Güney Azərbaycan milli hərəkətinin gündəminə gəlmişdir. Bir sıralarına görə ümidverici bir addım, bir sıralarına görə isə qeyri- demokratik bir addım sayılaraq başqa bir ümidsizliyin başlanğıcıdır. Parlamentin qurulmasına dair verilən bildiri ilə iştirakçıların sonradan söylədikləri arasında olan ziddiyyət də bu məsələni ciddi sorularla qarşı- qarşıya qoymuşdur. Bu üzdən Birlik təşkilatının media orqanı olaraq parlament məsələsi ilə bağlı istər Kopenhagendə iştirak edənlər, istər tənqidi fikri olan milli fəallarla söyləşi aparmağa çalışacağıq.

İkinci söyləşi olaraq Dr. Işıq Sönməzlə apardığımız söyləşini əziz oxucularla paylaşırıq:

 

 

 

-         Siyasi təşkilatdan tərifiniz nədir?

 

 

 

Siyasi təşkilat hakimiyət sistiminin önəmli və əhəmiyətli budağını (üzvini) tərsim edər. Modern siyasət yalnız dövlət quruluşları, örnək olaraq hükümət, parlament və yönətim (idarə) deyil, toplumu təmsil edən iştirakçılarla da uğraşmaqdadır (baş başa qoymaqdadır). Bu iştirakçılar özlərini partilər (hizb) və dərnəklər (əncümənlər) biçimində düzənləmişlər. Bundan yana belənçi quruplara "siyasi təşkilatlar" adı verilmişdir. Siyasi təşkilatların güc baxımından işləyi (əməlkərd) göz önünə alınaraq məhküm və hakim pozisyon deyə bir arabuluculuq (vasitəgəri) sistimindən danışmaq olar.

 

 

-         Demokratik cəmiyyətdə siyasi təşkilatların özəllikləri nələrdir?

 

Modern və demokratik toplumdaki siyasi partilərin və dərnəklərin önəmli rolları aşağıdaki üç birbirinə bağlı siyası deyimləri birbirlərinin yanında oturtmaq sayılar:

  • Siyasi təsmim tutmaq və qudrətdə ortaq olmaq, yoxsa tə'sir qoymaq üçün siyasi ölçü və boyutda (Dimension)bir dartışma (müzakirə etmək) sürəci oluşdurmaq və siyasi iradə ortaya qoymaq.
  • Siyasi sürəc və proçesdə umum qəbul olunmuş  dəyərləri, normaları və usul qaydalarına dayalı biçimdə qurumlaşdırmaq və düzənləmək.
  • sürəc və proçesdə umum ictimaiyyətin təsmimlərini siyasi içəriyi (möhtəvasi) baxımından hayata keçirmək.[1]

 

 

-         Həmən özəlliklər, qeyri demokratik cəmiyyətdə necə olur?

 

Demokratik cəmiyyətlərin tərsinə olaraq qeyri-demokratik toplumlarda siyasi təsmim tutmalarda və qudrətdə bir çox siyasi partilər, dərnəklər ortaqlıq edəbilməzlər. Xalqın azad səsverməsiylə bilə hərhanki bir siyasi parti yoxsa şəxs iş üstünə gələbilər. Bu iş üstünə gəlmiş parti və şəxs başqa siyasi və ictimaii təşkilatları siyasi sürəclərdə ortaq dəyər sahabları deyə qatqıda bulunmalarına imkan sağlamazsa, diktatorluğa, asdı- kəsdiyə və toplumun siyasi baxımdan geri qalmasına yol açar. Demək qeyri-demokratik tutumlar dünya görüşü olaraq sərhəd tanımaz. Belənçi qeyri-demokratik hakimiyyət davranışlarına istər komunist (Rusiyə Komunistliyi, Çin), nasiyonal-sosiyalist (Hitler Almanyası), və istərsə də din donuna bürünmüş nizam və intizamlarda tanıq olarıq.

Demək, gerçəklikdə və vaqeiyyətdə birbaşa (müstəqim) "xalq hakimiyyəti" siyasi partilər təmsilcisi (repräsantativ) vasitəsiylə həyata keçən demokratik nizam və intizamdan artıq demokratik olabilməz.  Bu dediklərimizi Farslığı əsas götürmüş İran İslam Cumhuriyəti də tarixə yazmış sayılar. Bilindiyi kimi İslam Cumhuriyəti də "İslam hakimiyəti" bəli yoxsa xeyir deyə səsalma yolu ilə hakimiyətə çatmış "Farslıq hakimiyəti" sayılar.

 

 

-         Vətən dışında Güney-Azərbaycan Parlamenti necə bir təşkilatdir?

 

Üstə işarə olduğu kimi, hər hanki bir hakimiyətçilik və dövlətçiliyi bir ağaç deyə nəzərə alarsaq, parlament də bu ağacın önəmli qollarından biri sayılar. Bu əsasda "Güney-Azərbaycan Parlamenti" ifadəsi ortaya qoyularkən "Güney-Azərbaycan Dövlətçilik" məsələsi ortaya çıxar. Güney Ayərbaycan Torpaqları bugün Fars istemarçılığına məruz qaldığı, Azərbaycan dil və mədəniyəti əsasında Güney Azərbaycan torpaqlarında bugün hakimiyət qurmaq imkanı olmadığı və içəridəki Türk xalq kitləsi tərəfindən bu təşkilatda onları məhəlli təmsil edici şəxslərə seçilmək və xaricə bilə gəlmək imkanı verilmədiyi üçün xalq iradəsi olmadan və hüquqi baxımdan qanunverici bir qurum deyə bu qurumu dünya ictimaiyyəti tanımaz, yaxşı (mətlub) durumda bu qurum xaricdəki Güney Azərbaycan siyasi təşkilatları və şəxsiyətlərindən oluşmuş bir siyasi qurum sayılacaq. Bu qurum tarixdəki siyasi təşkilatlar kateqorisi baxımından bir "Cəbhə" (Front)", "Milli Şura (Nationalrat)" yoxsa "Milli Qurultay (National Congress)" sayılmalıdır. Azərbaycan adına "Milli Cibhə" adı keçmişdə kiçik siyasi məhfəllər tərəfindən təşkilat deyə tutulduğu, "Milli Şura" adı da dondurulduğu üçün bugün bəlkə də çarəsizlik ücubatından keçmişdə ortaq dil tapabilməyən Güney Azərbaycan təşkilat məsulları bu ada sığınmalı olmuşlar. Beləliklə "Güney Azərbaycan Mühacir Parlamenti" adı 2014'üncü ilin Mart ayınnın 15'ində ortaya atılmış. Bu təşkilatın necə bir təşkilat olub olmadığı isə hələlik bəlli deyil, verilmiş bilgilərə əsasən 2014'üncü ilin May ayında Güney Azərbaycan siyası təşkilatları və şəxsiyətləri bir daha bir araya gələrək bu təşkilatı doğru və düzgün yaradacaqlar. Bu çabalara baxmayaraq keçmişdə "Milli Qurultay" adı yerinə "Dünya Azərbaycanlılar Konqresi" və "Güney Azərbaycanlılar Kongresi" adları işləndiyi üçün yeni qurulmasına qarar verilmiş təşkilatın adı "Güney Azərbaycan Mühacirlər Qurultayı" olması daha düzgün olardı.

 

 

-         Parlament hanki konkiret məsələləri çözmək üçün lazimdir?

 

Üstə işarə olduğu kimi bu təşkilat əslində "Güney Azərbaycan Mühacirlər Qurultayı" adını daşımalı beləliklə hər hanki xəta və mənəmliklər ücubatından qanadlara bölünərsə, "Güney Azərbaycan Parlamenti" anlayışı dərəbəylik davranışlarından amanda qalmalıdır. Demək, "Güney Azərbaycan Mühacirlər Qurultayı"  lazimlı zamanlar Güney Azərbaycan Türklərinin Siyası təşkilatlarının nümayəndəsi olaraq Güney Azərbaycan Milli və siyasi məsələrinə dayir bir yetkili və təmsilçi kimi çıxış etməlidir.

 

-         Son həftələrdə, Kopenhagen'ə. Baştutmuş təşəbbüsdən sonra, bu addım və umumiyyətlə parlament yaratmaq idəsinə qarşı tənqidi fikirlər səslənmişdir. Bu tənqidi baxışlar haqqında sizin fikirlərinizi öyrənmək istərdik:

Qurucu biçimdə tənqid etmək hərəkətdə başverəbiləcək yanlışlıqların qarşısını alabilər deyə tənqidi yanaşmalara hər hanki siyasi bir təşkilat özünü açıq tutmalı və özünü rahat his etməlidir. Buna baxmayaraq "Azəriha" adına Paniranist və faşist məhfəllərə bağlı axınlar da Güney Azərbaycan Milli fəallarının bir araya gəlməsindən qorxu keçirməkdədirlər. Onlar təxribat mahiyətli zayılar yazaraq Azərbayzan Milli hərəkəti əleyhinə şantajla məşquldurlar. Onları da başa düşmək çox da çətin sayılmaz.

 

-         Bir sıralarına görə vətən dışında parlament üçün seçim imkansızlığı, bu tip parlamentləri təmsil böhranı ilə üzləşdirər. Bu üzdən də tərəfin "parlamenti millət seçər" deyə tənqid edərlər. Siz bu haqda necə düşünürnünüz?

 

Parlament adı olduqca böyük və Güney Azərbaycan təşkilatları da olduqca gənc və birbirlərinə güvənmə aşamasını təcrübə etməyə başladıqları və parlamentin bir parlament kimi işlək və dinamik durumda olmasına da böyük sayda pul lazim olduğu üçün mən də parlament adını bu yeni örgütə uyqun hesab etməzdim.

 

-         Xaricdə fəaliyət edənlərin bir çoxu ilə məsləhətləşməmək başqa söylənən bir tənqiddir. Məhdud insanların iştiraki ilə keçirilən bu oturum doğru addım sayılabilər mi?

 

 

Məncə bu oturum adı keçən qurum üçün bir araya gələn təşkilat məsullarının barışması və keçmişdəki küsülərini qırağa qoymaları adlanarsaydı, daha da yerində olardı. Bir qoltuqda iki qarpız saxlamaq imkansız olduğu kimi, təşkilatlar arası tələm tələsik barışa getmək və "Güney Azərbaycan Mühacir Parlamenti" yaratdıq deyə bəyaniyə verərək onu ilk olaraq Güney Azərbaycan mühacir sitələrində deyil, Quzey Azərbaycan basını (mətbuatı) vasitəsiylə ictimaiyyətə bildirmək heç də xoş qarşılanmamış, bəyaniyədən oxuyuruq:

"... 15 Mart 2014-cü ildə Danimarkanin paytaxti Kopenhaqen şəhərində toplaşan Güney Azərbaycan siyasi muhacirləri Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradılmasını elan edir və Güney Azərbaycan dövlətinin hüquqi statusunu müəyyən edilməsi məsuliyyətini də Mühacir Parlamenti öz üzərinə götürür"[2].

Bəyaniyədə üstəki biçimdə çıxış etdikdən və altına qol çəkdikdən sonra -biz Parlament yaratmamışıq deyə çıxış etmək-, "biz yalnız təşəbbüs və hazirlıq qurupuyuq" deyərək Güney Azərbaycan ictimaiyyətini aldatmağa və bəlkə də özləri istəmədən hərhanki motivasiyadan yola çıxaraq milli hərəkət arasında e'timadsızlıq yaratmaq haqı heç kimə verilməmiş desək, bu bəyaniyəni yazan zat-i əqdəsin də ruhunu oxşamış olarıq.

Demək, imzalarının boyağı qurumadan imzaladıqları mətinin içəriyini rəd edən zatlar doğru və düzgün hərəkət etmiş deyil, xatalı bulunduqları üçün keçmişdə xaricdə Güney Azərbaycan təşkilatları arasında moda olmuş dərəbəylik davranışlarını Azərbaycan Milli Hərəkətinə bir daha təhmil etmək istərlər. Bu da xoşa gəlməz və bağışlanmaz məqam sayılar.

 

 

-         Keçmişdə yaxınlaşdırıcı vəya uzlaşdırıcı rol oynamış insanların bu işdə iştirak və mudaxilələrinin sizcə necə bir təsiri olacaqdır?

 

Üstəki soruya "bəli" yoxsa "xeyir" deyə cavab vermək də sadəlik sayılar. Demək, mənfi şəxslər keçmişdə Güney Azərbaycan Milli Hərəkətinə özlərindən düzgün bir iz buraqmadıqları üçün xalq nifrətini daha artıq qazanmasınlar və tarixdə nifrətlə xatırlanmasınlar deyə bir daha ortaya atılmış quruma özlərini kandid etməzsələr, bəlkə də yaşayışlarında birinci düzgün işi görmüş olarlar. Tərs məqamda,- bu mənfi rol oynamış şəxslər kandid olduqları durumda,- bu mənfi şəxslərə səs verən hər bir şəxs Güney Azərbaycan Milli Hərəkətinə xiyanət etmiş sayılar. Demək, çıxış yolu bəzi şəxslərin vasitəçilik etməyə çalışmasında deyil, sandıqlar vasitəsiylə səsvermək yolu ilə seçmək və seçilməkdə görünər. Təşkilat məsullar arasında görüş ayrılığı var deyə başqa məhfəl yaratmağa çalışmaq zaman əldən verməkdən başqa heç nə Azərbaycan Milli Hərəkətinə verəbilməz.

 

 

-         Sizcə parlamentin qurulmasında Quzey-Azərbaycanlıların rolu olması müsbətdir mi, ya mənfi təsir göstərəbilər?

 

Azərbaycan Türkləri bir millət sayıldıqlarına baxmayaraq Rusiyə və Qacar Məmaliki Məhrusəsi hakimiyyətləri arasındaki baş vermiş savaşlar, istər hüquqi və istərsə də həqiqi baxımdan Azərbaycan Türklərini bölünmüş bir millət etmişdir. Bu ikiyə bölünmüş millət ovladları fərqlı siyasi rejimlərə tabi tutulduqları üçün siyasi və ictimayi sürəc və proçeslərdə də bir çox zaman fərqlı davranmanı öz şəxsi çıxarlarına uyqun hesab edərlər. Demək, Güney Azərbaycan adına qurulmuş hər hanki bir quruma Quyez Azərbaycan vətəndaşlarının üzv olmaq istəyi Quzey Azərbaycan hakimiyəti və müxalifəti arasında olan ixtilafın və sürtüşmənin ətgi və tə'sirini Güney Azərbaycan təşkilatlarına da yansıdaraq Güney Azərbaycan təşkilatlarında dağılmalara yol açacaq məqam sayılar. Keçmişdə DAK adına axın etmiş acı olaylar bu dediklərimizə bir örnək sayılar.

 

-         Toplananlar arasında yeni nəsil, qadınlardan hər hanki birinin olmaması haqında fikiriniz nədir? Sizcə dəvətlilərin seçimini edənlərin bəlli meyarı olmuş mu?

 

Üstə işarə olunduğu kimi Kopenhagen toplantısı – guya - kilidi nuqtaları ələ keçirmək, bəlli nəticəyə varmaq üçün mühəndislik edilmiş bir uşaq oyunu sayılar. Yetgin insanlar ən azı təşkilatın adını sonqulamalı (mülahizə etməli) və ona uyqun biçimdə hərəkət etməyə çalışmalıymışlar. Ondan yana da adı keçən oturumda "əski hamam, əski tas" oyunu tikrarlanmış məqam sayılar. Beləliklə müsbət anlamda hər hanki bir dəyişiklik olmamış. Müsbət adım deyə bir məqam qələmə almaq istərsək, keçmişdəki küsülü təşkilat məsulları arasında keçəri də olsa, barış sağlanmış.

 

-         Kopenhaqen'də iştirak edənlərin bir sırası ‟parlament” qurulmayib, təşəbbüs qurupu yaradılıb deyirlər. Bir haldaki verilən bəyanat Martın 15'ində 2014'üncü il Denemark'in paytaytaxdında, Kopenhaqen şəhərində toplaşan "Güney Azərbaycan Siyasi Mühacirləri'nin" "Güney-Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin" yaradılmasını elan edir və "Güney-Azərbaycan Dövlətinin" hüquqi istatusunun müəyən edilməsi məsuliyətini də "Mühacir Parlament" üzərinə götürmüş deyə yazmışlar. Belədirsə, sizcə nədən xəbərlərə düzəliş edilib və ya təkzibiyyə verilmədi? Bu bəyanatla sonraki danışıqlar arasında ziddiyət deyil mi?

Əyri oturub düz danışmaq uyqunsa, bəlkə də bir çoxları bəyaniyəni oxumadan qol çəkmişlər. Ondan yana da "həftə yetdi, biz səkkiz" deyə viraj verməni özləri üçün məhfuz tutaraq bir yandan açmaz olduqlarını görmək istəməzlər, başqa yandan ictimaiyyəti həmiq hesab edərlər. Belənçi məqamlar tarix boyu Azərbaycan Siyasətçilərini yaxalamış və Azərbaycan Türklüyünə bir milli toplum olaraq bəla sayılmış.

 

-         Birsıralarına görə milli hərəkətin xaricdəki qolunda, parlament quracaq bir siyasi olqunluq (buluğ) yoxdur. Doğrudan da xaricdəki siyasi aktivistlərin birbirləri ilə əlaqələrinin necəliyi, siyasi olqunluğun olmaması deməyə bir səbəb sayılabilər mi?

 

Məsələ olqunluq deyil, məsələ bə'zilərinin daşı olduqca böyük götürmək istəməsi, bə'zilərinin də bu populist davranışlara xoşgörü ilə yanaşmasından iləri gələr. Halva deməklə ağız dadlı olmadığı kimi, Azərbaycan təşkilatları və şəxsiyətlərini siyasi birimlər deyə zehni baxımdan bu məsələ üzərə düşüncə oluşdurmağa yönətmədən və dartışma yola salmadan bir neçə şəxsin nəzəri ilə yükü orta atmaq, ildə bir yol toplantı düzənləmək və təşkilat adına bir yoxsa iki nəfərlik siyasi gəzilərə çıxmaq hər hanki bir sorunu çözmək deyil, məsuliyətin dərinliyini dərk etməmək sayılar.

 

-         Xaricdə parlament məsələsində hansı uğursuz və uğurlu təcrübələr vardır?

Bilindiyi kimi bə'zi məmləkətlər xarici güclər, o cümlədən Alman Nazi gücləri, vasitəsiylə işqal olarkən sürgündə müvəqqət hükümət, o cümlədən  LəhistanFransə hükümətləri qurulmuş. Bəzən də hər hanki hakimiyətin muxalifəti sürgündə birləşərək müvəqqət hükümət qurmuş. Sürgündə Parlament məsələsi mənim bildiyimə görə 1950'inci il Tibet hakimiyətçiliyi Çin Komunist işğalına uğradıqdan sonra sürgün olunmuş Tibetlər tərəfindən ortaya atılmış. 1960'ıncı il Tibet  din xadimi Dalai Lama'nın süfarişinə əsasən sürgündəki Tibetlər demokrasını təcrübə etsinlər deyə Parlament qurmuşlar. Dalai Lama'nın təklifinə əsasən üç Tibet əyətlərindən və dört Budist məzhəblərindən sürgündə yaşayan Tibetlilər arasında seçim sandıqları qoyulmuş. Tibetli sürgünlər seçim yolu ilə güvəndikləri şəxslərə məsuliyət verərək bir məclis, yoxsa parlament oluşdurmuşlar. Seçimlər demokratik əsasda hayata keçdiyi üçün sürgündəki Titeblilər bu seçimləri Tibet tarixində birinci azad seçim deyə qələmə almışlar (Ctpd). Seçilmiş vəkillər 1960'inci ilin Sentyabr ayında and içmə törəninə qatılmışlar. Seçilmişlər bir həftə toplantılarını sürdürərək hakimiyyət kabinəsini bəlirləmiş, məzhəb şurası, xarici əlaqələr, təhsil, maliyə, ittilaat, idarə hey'əti və umum işlər komisyonuna güvənlik təmin etmək məsulları deyə 29 şəxsə məsuliyət vermişlər.

İlk olaraq komisyon özünə münşi seçmədiyi üçün seçilmişlər Tibet İdarəçiliyi Mərkəzi'inin (CTA) muxtəlif bölümlərində təcrübə qazanmaq üçün can və könül ilə işləməyə məşqul olmuşlar. Bu əməl dördüncü məclis seçimləri dönəminə dək davam etmiş. Seçilmişlər ayda 2 yol bir araya gələrək siyasi məsələri və gəlişmələri dəyərləndirməyə çalışmışlar.

Məclis vəkilləri, dövlət Kabinəsi (Kashag) üzvləri, müxtəlif bölümlərin İdarə Hey'əti "Milli İş Komitəsi" vəzifəsini yerinə yetirər. Milli İş Komitəsi ildə iki dəfə bir araya gələrək görülmüş işləri komitə üzvlərinə təqdim edərlər.

1961'inci ilin Mart ayının 10'unda genə Dalai Lama verdiyi süfarişə əsasən özünü Parlament adlandıran qurum Tibet üçün Anayasa düzənləmiş.

Günümüzədək sürüp gələn sürgündəki parlamentinin 43-47 arasında üzvü var. Bunların 2'si Avropadaki Diaspora, 2'si Quzey Amerikadaki Diaspora, hərbir keçmişdəki Tibet əyalatlarindən 10 nəfər(toplam 30 nəfər), 4 budist məzhəblərinin hər birindən 2 nəfər (toplam 8 nəfər) Tibet Sürgün Parlamentinin üzvləri sayılar.

Seçib və seçilmə haqqı Tibet Sürgün Parlamentinə:

  • Tibet Parlamenti Tibetlilər üçün açıq (azad) sayılar.
  • Seçici yaşı (səsverən): ən azı 18.
  •  seçilmə (kandid) yaşı: ən azı 25.
  • Seçimlərdə siyası parti və təşkilatlara yer verilməz.

Tibet Sürgün Milli Parlamenti hər altı aydan bir (ildə 2 dönə) toplantılarını keçirər. Parlamentin oturumları olmadıqda 12 komitə üzvləri bu sorunluluğu (məsuliyəti) yerinə yetirər. Bu 12 nəfərin 6'sı keçmişdəki Tibet əyalətlərindən (hər əyalətdən 2 nəfər), 4'ü budist məzhəblərindən (hər məzhəbdən 1 nəfər), 1'i Dalai Lama tərəfindən və biri də 2016'inci ilə dək seçilmiş Parlament başqanı, Lobsang Sangay sayılar. Parlament öz işlərinin yanısıra sürgündəki 38 məhəlli Tibet toplumlarının da məhəlli məclislərinə kömək əlini əsirgəməz.

 

-         Uğursuzluqların səbəbləri nələr olmuşdur?

 

Uğurlu olmaq üçün düzənli və sürəkli iş qoymaq lazim. Demək, hər hanki bir məsələnin üzərinə sürəkli əmək qoyulmazsa, uğur və başarı ummaq da yersiz sayılar. Bu baxımdan Güney Azərbaycan Türkləri bir milli toplum olaraq yazılı dil bilincindən yoxsul olduqlarından yana bölgədəki tarixi sürəclərdə rol oynamağa çalışdıqlarına baxmayaraq öz dil və mədəniyətləri üzərə sürəkli iş qoymadıqları üçün öz milli kimlik və mənliklərinə hər hanki bir xidmətləri az olmuş. Demək dil bilinci və tarix bilincinin Güney Azərbaycan Türkləri arasında bir milli varlıq olaraq qıtlığı onların savaş alanlarındaki başarılarını da boşa çıxarmışdır.

 

-         Sizcə parlament işlərinin düzgün iləri getməsi və uğurlu nəticələnməsi üçün hanki fərdi qabiliyətlər sahabının olması gərəkli vəya hanki pirensiplərə dayanmaq lazimdir?

 

"Tibet Sürgün Milli Parlamenti" tərəfindən görülmüş işlərə qısa göz gəzdirdikdə Parlament deyimi özü ilə anayasa yazmaq, qanun vericilik qonu və mövzu'larını da gündəmə gətirəcək bir deyim sayılar. Məsələ belə olduqda peşəkar huquqçu şəxslərin bu işə cəlb edilməsi faydalı sayılar. Üstəlik keçmişdə ayrı təşkilatlarda bir məsul olaraq sınav və imtihanlarını başarısız vermiş şəxslərə Parlament'də bir daha vəzifə verməmək vəya onların könüllü olaraq bu işdən geri oturmaları faydalı sayılar bilər.

 

 

 

 

 



[1] Schmid, Josef: Politische Organisation und Interessenvermittlung: http://www.politikon.org/lehrangebote/politische-systeme-im-vergleich/politische-organisation.html

[2] Musavat.com-a Kopenhagendən göndərilən və Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradıldığını elan edən bəyanat da daxil olub, YAYIM TARİXİ: 15 Mart 2014, saat 19:51: http://musavat.com/news/son-x%C9%99b%C9%99r/G%C3%BCney-Az%C9%99rbaycan-M%C3%BCv%C9%99qq%C9%99ti-M%C3%BChacir-Parlamenti-yarad%C4%B1ld%C4%B1---SENSAS%C4%B0YA_187059.html?welcome=2

دوشونجه - اندیشه

ساخت و پرداخت هویتی در ایران/ سعید پیوندی

ساخت و پرداخت هویتی در ایران/ سعید پیوندی
ایرانی بودن به چه معناست و این حس هویتی مشترک میان مردمان سرزمینی که در داخل مرزهای امروزی کشور زندگی می‌کنند از ادامه...

ستارخان دوشونجه لرینی ، هله ده دوشونمه ین لر وار/ ابراهیم...

ستارخان دوشونجه لرینی ، هله ده دوشونمه ین لر وار/ ابراهیم...
چاغداش تاریخیمیزده اؤز دؤوروندن ایرلی گئدن اینسانلاریمیز آز اولماسا دا آراسیرا اؤزگه اولوسلارین بویوندوروغو ادامه...

ژان پول سارتر نه دئییردی؟

ژان پول سارتر نه دئییردی؟
ژان-پول سارتر (Jean-Paul Sartre) 1905-جي ايلده آنادان اولوب. گمي کاپيتاني اولان آتاسي او کؤرپه اولارکن دونياسيني ادامه...

شاید مسأله حق تحصیل به زبان مادری باشد!/ سعید متین پور

شاید مسأله حق تحصیل به زبان مادری باشد!/ سعید متین پور
در نخستین سال‌های دهه‌ی ۶۰ خورشیدی «حبیب ساهر» مدرس و مؤلف علم جغرافیا و شاعر نوپرداز با پرتاب خود از بالکن ادامه...

طبقه کارگر و مسأله ملی/ و. ای. لنین

طبقه کارگر و مسأله ملی/ و. ای. لنین
روسیه، تا آنجایی که به مسأله ملیتهای او مربوط می‌باشد، کشوری است مختلط. سیاست حکومت که همانا سیاست ملاکین ادامه...

سون ماتريال