بيانيه لر

۱ مای موناسیبتی ایله بیانات

ishciآزربایجان دئموکراتیک بیرلیی نین

۱مای موناسیبتی ایله بیاناتی

 

۱مای، بئین الخالق ایشچیلر گونو، اؤنوموزده‌دیر. بو گون، ایش، اه مک و زحمت آداملارینین، شن‌لیک ائتمک گونو یوخ، بلکه زحمت آداملارینین بیر آرایا گلمه‌سی، اونلارین یاشاملارینین چتین‌لیکلرین‌دن، و ایشچی و زحمت آداملارینین تشکیلاتلانماس آکتوئللشدیرمکدیر. ۱ مای اوزون و تاریخسل بیر موباریزه‌نین گؤستری‌سی و یولودور. مودرن تاریخین، توپلومسال گلیشمه‌سی، ایش آدامی ایله ایش  صاحیب لری و بؤیوک کومپانییالارین، یاشام شیوه سین و یاشام کئیفیتی دئییش‌دیرمک و عداله‌تلی بیر توپلومون قورولوشونا دوغرو حرکت ائتمه‌یه ذهنیت یارالدیر.

 

۱مای عینی حال‌دا قادین و کیشی برابرلیینی دیققت مرکزینه چکمک، و قادین- کیشی ائشیتلیینه توپلومسال گلیشمه‌ده گؤسته رمک دیر.۱مای، آزربایجان‌دا، ایشچی و زحمت آداملارینین تشکیلاتلانماسی، و ایران دئولتینه قارشی امک اینسانلارینین موباریزه‌سینین اؤنه‌می، ایشچی و زحمت آداملارینین ایستک و آرزولارین اورتایا قویماق‌دان عبارت‌دیر.

 

گونئی آزربایجان‌دا، ایشچی، زحمت آدامی، امک وئره‌ن اینسانلارین، گوجله‌نمک اوچون، ایستکلرین میدانا قویماق اوچون  اؤز مسلک و سئکتؤرلرین‌ده تشکیلاتلانمایا دوغرو حرکت ائتملیدیرلر. بو تشکیلاتلار، آزربایجانیمیزدا گئدن میللی- دئموکراتیک حرکات آ دئستک وئریب اوندان دستک آلماسی ایله، گونئی آزربایجان‌دا گئده‌ن گنل موجادیله‌سی ایله یان- یانا گئتمه‌لی‌دیر. بیر طرف‌دن بو تشککوللر ایش و امک اینسانلاریمیزین گون‌ده‌لیک پروبلئملری ایله اوراشیرکه‌ن، او توپلوم‌دا گئده ن گنل سیاسی حرکته یاردیم ائتملی، او حرکاتین گئدیشاتین‌دا زحمت و امک لری ایله مدنیتین گئنیشمه‌سین‌ده و توپ‌لومودا ایش، و یوخسوللوقلا اه لبه یاخا اولانلاری دقت مرکزینه گؤتورمه‌لی‌دیر.

 

1 مای ین خالقیمیز آراسیندا ائعتراض ائتمه لی آلانی، گونئی آزربایجان دا ایقتصادیاتین خارابلانماسی، یوخسوللوغون آرتماسی و ایش سیزلیگین گئئنیش مه سی دیر. بو گئدیشات آزربایجان ایشچی و امک آداملارین اؤز یوردو- یووارسیندان دیده رگین سالیب، اونلاری فارس بؤلگه لره مهاجیرت مجبوریتنده قویور. بو مهاجیرت عمومیتله غیرفارس و اللخصوص تورک ایشچی و امک آدام لارینین سوسیال و ائکونومیک یؤنده ن اؤ بؤلگه لرده داها چوخ سیخینتی یا قویوب، اونلاری گئنیش واسیطه ده آیری- سئچگیلیک و کالیته (کیفیت) سیز یاشام مجبوریتنده قویور.

 

آزربایجان دئموکراتیک بیرلی یی، ۱مای یی تامام ایشچی، زحمت و امک آداملارینا تبریک ائدیر، و گونئی آزربایجان‌دا عدالت‌لی یاشامین برپا اولماسی اوچون خالقینیزین اؤز تالئینی تعیین ائتمک حاقینی گرچکلشمه سینده اؤزونو گؤرولی تانیر.

 

آزربایجان دئموکراتیک بیرلیگی – بیرلیک

2016/04/26

 

Azerbaycan Demokratik Birliyinin

1 mayıs münasibəti ilə bəyanatı

 

1 mayıs, beynülxalq İşçilər Günü, önümüzdədir. Bu gün, iş, əmək və zəhmət adamlarının, şənlik etmək günu yox, bəlkə zəhmət adamlarının bir araya gəlməsi, onların yaşamlarının çətinliklərindən, və işçi və zəhmət adamlarının təşkilatlanmasını aktüeləşdirməkdir. 1 mayıs uzun və tarixsəl bir mubarizənin göstərisi və yoludur. Modərn tarixin, toplumsal gəlişməsi, iş adami ilə iş sahibləri və böyük kompaniyalarin, yaşam tərzini ve yaşam keyfiyəti deyişdirmək ve ədaləli bir toplumun quruluşuna doğru hərəkət etməyə zehniyət yaraldır.

 

1 mayış eyni halda qadın və kişi bərabərliyini diqqət mərkəzine çəkmək, və qadın- kişi eşitliyinə toplumsal gəlişmədə göstərməkdir.

 

1 mayıs, Azərbaycanda, işçi və zəhmət adamlarının təşkilatlanması, və iran devlətinə qarşi əmək insanlarının mubarizəsinin önəmi, işçi və zəhmət adamlarının istək və arzuların ortaya qoymaqdan ibarətdir.

 

Güney Azərbaycanda, işçi, zəhmət adami və əmək verən insanlar, güclənmək üçün, istəklərini meydana qoymaq üçün  öz məslək və sektörlərində təşkilatlanmaya doğru hərəkət etməlidirlər. Bu təşkilatlar, Azərbaycanımızda gedən milli- demokratik hərakata destək verib ondan dəstək almasi ilə, Güney Azərbaycanda gedən gənəl mucadiləsi ilə yan- yana getməlidir. Bir tərəfdəndə bu təşəkküllər iş və əmək insanlarımızın gündəlik problemləri ilə uraşırkən, o toplumda gende gənəl siyasi hərəkətə yardım etməkl, o hərəkatın gedişatında zəhmət və əməkləri iə mədəniyətin genişməsində və toplumuda iş, və yoxsulluqla əlbəyaxa olanlari diqqət mərkəzinə götürməlidir.

 

1 may,ın xalqımız arasında eetiraz etəməli alanı, Güney Azrbaycanda iqtsadyatın xarablanması, yoxsulluğun artması və işsizəligin geenişməsidir. Bu gedişat Azrbaycan işçi və əmək adamların öz yurdu- yuvarsından didərəgin salıb, unları fars bölgələrə mühacirət məcburitəndə quyur. Bu mühacirət umumiyətlə ğeyrifars və əlləxəsus türk işçi və əmək adamlarının susyal və ekonomik yöndən o bölgələrdə daha çox sıxıntıya quyub, onları geniş vasitədə ayrı- seçgiliye və kalitə (keyfiyət) siz yaşam məcəburiyetində qoyur.

 

Azərbaycan Demokratik Birliyi, 1 mayısı tamam işçi, zehəmt və əmək adamlarına təbrik edir, və Güney Azerbaycanda ədalətli yaşamın berpa olması üçün xalqımızın öz taleini təəyin etmək haqını gərçəkləşdirmədə özünü görəvli blir.

 

Azərbaycan Demokratik Birliyi – Birlik

20160426