بيرليك دن خبرلر

Güney Azərbaycan Azadlıq Hərəkatının İmkanlarından Düzgün Yararlanmalıyıq!

birlik1Amesterdam Bəyanatının 5-ci İldönümü Münasibəti ilə: Güney Azərbaycan Azadlıq Hərəkatının İmkanlarından Düzgün Yararlanmalıyıq!

 

 

Vətən dışında Güney Azərbaycan azadlıq hərəkatının aktiv qüvvələri, onların boynunda olan tarixi vəzifənin ağırlığını duymadan, bu risaləti yerinə yetirə bilməzlər. İllərdən bəri bu risalətin birinci və əsasi halqası, milli hərəkatı, olduğu kimi vətən dışında təmsil etməkdir. İçəridə ağır şəraitdə cərəyan edən azadlıq mücadiləsi, Qərb demokratik ölkələrindən ibarət dünya siyasətində aparıcı toplumlarda, özünün güvənə bildiyi legitim təmsilci quruma malik olmalıdır.

Bu baxımdan 5 il öncə bütün siyasi qüvvələrin fəal müdaxilələri və hər tərəfli məsuliyyət hissi nəticəsində aparılan milli diyaloqun təbii nəticəsi kimi, “Amesterdam Bəyanatı" qəbul olundu. (12 Dekabr/21 Azər 2009,Amesterdam) Bu bəyanat vətəndən kənarda qəbul olsa da, məqbuliyyəti bu sənədi dartışan və qəbul edənlərdən daha geniş bir dairəni əhatəsinə aldı. Bu sənəd hələ bu günə kimi həm öz aktuallığını və həm geniş milli himayəsini qoruyub saxlamışdır.

Amesterdam bəyanatı onun məzmununda olan əqlaniyyət və onu qəbul edənlərin siyasi şüur və milli məsuliyyət hisslərindən doğan saziş mədəniyyətinin yüksəkliyinin əyani sübutu idi. Təəssüflə bu nailiyyət, siyasi platform səviyyəsində qaldı və onu sözdən əmələ keçirmək qəsdləri bir- birinin ardından məğlubiyyətə uğradı.

 Amesterdam bəyanatının ruhunu, fərqli formalarda yaşatmaq olar, amma uğur qazana bilən və milli hərəkətin haqq və ədalət məsajini, dünya ictimaiyyətinə bir ağızdan çatdırmaq kimi vacib bir işə nail olmaq üçün, aşağıdaki şərtlər lüzumlu sayılırlar:

1.  Bütün siyasi fikirlər və səliqələri özündə ehtiva etmək

2.  Bir- biri ilə rəqabət ya interiqa münasibətlərində bulunan fərqli cərəyanlar kimi yox, unik(tək) olmaq.

Amesterdam bəyanatını, sözdən əmələ keçirmək üçün belə bir təmsilçi orqan lazımdır. Bu tarixi zərurətə rəğmən, bu günlərdə söz qonusu olan, "parlament", yalnız və yalnz, buna bənzər keçmiş uğursuz təcrübələrin təkrari ola bilər.

Güney Azərbaycan demokratik birliyi (Birlik), hər bir formada və hər hansı səviyyədə təşkilatlanmağı dəstəklədiyi halda, gərəkən hər tərəfli diyaloq və razılaşmalarla başlanmış bir prosesin nəticəsi kimi, ümummilli xarakterli və bütün milli hərəkat adından danışa bilən bir təmsilçi orqanın yaranmasını bir tarixi zərurət hesab edir. Bununla belə, biz, ayrı- ayrı fikirlər və səliqə sahiblərinin, öz düzgün təşkilatlanma cəhdlərinin adını belə bir "milli təmsilçilik orqanı" adına bənzətmək cəhdlərini yersiz və lüzumsuz hesab edirik. Milli hərəkatın bütün qollarını, bütün siyasi platformlarını və hər bir səliqəni özündə ehtiva etməyən qurumlara “parlament” ya "cəbhə" adı vermək düzgün seçim ola bilməz. Bu təşkilatlara çətir mahiyyətli ortaq və milli təşkilatların adını vermənin heç qanuni bir məneəsi olmasa da, bu iş, əxlaqi baxımdan düzgün addım sayıla bilməz və gələcəkdə düzgün əsasda umum milli birləşmələrə xass olan, imkanları tükətmək rolu oynaya bilər.

Biz indiki durumda, hər gündən artıq təşilatlanmaq zərurətini danmadan, hər bir təşkilatın adını, "konqres", "cəbhə", "parlament" və bu kimi realliği əks etdirməyən şişirdilmiş adlar qoymağı luzumsuz və yersiz sanırıq.

 

 

Güney Azərbaycan Demokratik Birliyinin (Birlik) İcra Heyəti

2014.11.11